E L A N “MÜASİR İNCƏSƏNƏT MƏKANINDA SÜNİ İNTELLEKT: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR” (Elmi-nəzəri konfrans) 11 aprel 2025-ci il Məlumat məktubu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universiteti ilə birgə “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirməyi planlaşdırır. Konfrans 11 aprel 2025-ci il tarixində baş tutacaq.
E L A N
“MÜASİR İNCƏSƏNƏT MƏKANINDA SÜNİ İNTELLEKT: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR”
(Elmi-nəzəri konfrans)
11 aprel 2025-ci il
Məlumat məktubu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universiteti ilə birgə “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirməyi planlaşdırır. Konfrans 11 aprel 2025-ci il tarixində baş tutacaq.
XXI əsrdə süni intellektin tətbiqi ictimai və iqtisadi baxımdan avtomatlaşdırmanı artırır, əmək bazarına, səhiyyəyə, dövlət idarəçiliyinə, sənayeyə, təhsilə, təbliğat və dezinformasiyaya nüfuz edərək verilənlərin, həmçinin süni intellekt sistemlərinin müxtəlif iqtisadiyyat sektorlarına və həyat sferalarına inteqrasiyası əsasında qərar qəbuluna təsir göstərir. Bu məqam ortaya süni intellektin uzunmüddətli təsirləri, etik nəticələri və riskləri ilə bağlı məsələlər qoyur və sözügedən texnologiyanın təhlükəsizliyini, həmçinin faydalarını təmin etməyə yönəlmiş tənzimləyici siyasətlər haqqında müzakirələrə səbəb olur.
Bu sahənin tədqiqatçıları verilənlərin toplanılması və emalı, statistika, süni neyron şəbəkələri, formal məntiq və digər yanaşmalar daxil olmaqla geniş spektrli metodları uyğunlaşdırmağa nail olublar. Süni intellekt həmçinin bir sıra humanitar elm sahələrində (dilçilik, fəlsəfə, sənətşünaslıq və s.) və incəsənətdə də istifadə edilir. Təşkil edəcəyimiz konfransın məqsədi də “fizikləri və lirikləri” bir araya toplamaq, fikir mübadiləsinə şərait yaratmaqdır.
Təşkilat komitəsi süni intellektlə bağlı etik məsələlərdən tutmuş kibercinayətkarlığa kimi geniş spektrli məsələlər ətrafında müzakirəyə açıq olan bütün mütəxəssisləri, doktorant, dissertant və magistrantları konfransda iştiraka dəvət edir. Konfrans aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərəcək:
- Süni intellektin yaradıcılıq prosesində tətbiqi;
- Süni intellekt və müəlliflik hüququ;
- Süni intellektin mədəniyyətə təsiri;
- Süni intellekt alətlərindən istifadənin ətraf mühitə təsiri;
- Süni generasiya olunmuş məhsullar və cəmiyyətdə informasiya təhlükəsizliyi.
Konfransın işçi dilləri Azərbaycan, rus, türk və ingilis dilləridir. Konfransın xarici iştirakçıları tədbirə Zoom platforması vasitəsi ilə qatılacaq (link tədbirdən bir neçə gün əvvəl xarici iştirakçıların e-mail ünvanına göndəriləcək).
Arzu edənlər iştiraketmə ərizəsini (Forma 1 doldurmaqla) və məruzəni (Forma 2-yə uyğun tərtib etməklə) elektron formada 25 mart 2025-ci il tarixindən gec olmayaraq aşağıdakı e-mail ünvana göndərməklə konfransa qatıla bilərlər: admiuconference@gmail.com (koordinatorlar: Sevinc Məmmədova və Pərvanə Lətifli).
Təşkilat komitəsi konfransın mövzu dairəsinə uyğun gəlməyən və tələblərə cavab verməyən materialları qəbul etməmək hüququnu özündə saxlayır. Məruzənin qəbulu barədə məlumat 30 mart 2025-ci il tarixinədək müəllifə onun ərizədə göstərdiyi ünvan vasitəsilə çatdırılacaq.
Qəbul edilmiş məruzələrin çap olunması nəzərdə tutulur.
Təşkilat komitəsi
FORMA 1. Konfransda iştiraketmə ərizəsi
Soyadı, adı, atasının adı | |
Elmi dərəcəsi və elmi adı | |
İş yeri | |
Vəzifəsi | |
Telefon | |
E-mail ünvanı | |
Məruzənin adı |
FORMA 2. Məruzənin tərtibi qaydaları:
Həcm: 5-7 səhifə, format A4, ölçü 14, şrift Times New Roman, hər tərəfdən 2,0 cm, 1,5 interval, abzas 1,25. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
İstinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, müəllifin familiyası və inisialları, nəşr ili, səhifə göstərilməlidir. Məsələn: [Smit, C., 1995, s. 43].
Ədəbiyyat siyahısı əlifba sırası ilə tərtib edilməli və aşağıdakı şəkildə verilməlidir.
Kitablar üçün: Müəllifin soyadı, adının baş hərfi., nəşr ili, kitabın adı, şəhər: nəşriyyat. Məsələn: Smit, C. (1995). Müasir incəsənət məkanında süni intellekt. Bakı: ADMİU-nun Nəşriyyatı.
Dövri mətbuat və jurnallar üçün: Müəllifin soyadı, adının baş hərfi., nəşr ili, məqalənin adı. Jurnalın adı, nömrəsi, səhifə. Məsələn: Smit, C. (2010). Ehtiyat tədbirləri. ADMİU-nun Elmi əsərləri, 16(7), 26.
İnternet resursları üçün: Müəllif. (2025). İctimaiyyətə müraciət. URL: http://www.health.govt.nz/your-health/conditions-and-treatments/diseases-and-illnesses/ebolainformation-public (Müraciət tarixi: 08.01.2025)
Materialın strukturu:
- Məruzənin adı – adi hərflərlə, qalın şriftlə, ortada;
- Müəllifin adı, soyadı, atasının adı, elmi dərəcəsi, elmi adı, iş yeri (təşkilat), şəhər, ölkə, mobil telefon nömrəsi, elektron poçt ünvanı – adi şriftlə, ortada;
- Annotasiya (100-150 sözdən ibarət): məruzə işçi dillərdən hansı birindədirsə, digər iki dildə;
- Açar sözlər (5-7 söz və ya söz birləşməsi): Azərbaycan, rus və ingilis dillərində, annotasiyalardan sonra;
- Əsas mətn (5-7 səhifə).
Elmi tədbirin keçiriləcəyi yer və tarix:
AZ1143, Bakı şəhəri, Hüseyn Cavid Prospekti 129, Akademiya şəhərciyi, Mərkzi Elmi Kitabxananın yeni binası; 11 aprel 2025-ci il, saat 11:00.
О Б Ъ Я В Л Е Н И Е
«ИСКУССТВЕННЫЙ ИНТЕЛЛЕКТ В ПРОСТРАНСТВЕ СОВРЕМЕННОГО ИСКУССТВА: ПРОБЛЕМЫ И ПЕРСПЕКТИВЫ»
(Научно-теоретическая конференция)
11 апреля 2025 г.
Информационное письмо
Азербайджанский государственный университет культуры и искусств совместно с Институтом информационных технологий и Азербайджанским техническим университетом планирует провести международную научную конференцию на тему «Искусственный интеллект в пространстве современного искусства: проблемы и перспективы». Конференция состоится 11 апреля 2025 года.
В XXI веке применение искусственного интеллекта увеличивает автоматизацию в социальном и экономическом плане, проникая в рынок труда, здравоохранение, государственное управление, промышленность, образование, пропаганду и дезинформацию, на основе интеграции данных, а также внедрения системы искусственного интеллекта в различные секторы экономики и сферы жизни влияет на принятие решений. Это обстоятельство ставит вопросы о долгосрочных воздействиях, этических последствиях и рисках искусственного интеллекта и приводит к дискуссиям о политике регулирования, направленной на обеспечение безопасности, а также преимуществ рассматриваемой технологии.
Исследователи этой области сумели адаптировать широкий спектр методов, включая сбор и обработку данных, статистику, искусственные нейронные сети, формальную логику и другие подходы. Искусственный интеллект также применяется в ряде гуманитарных наук (лингвистика, философия, история искусств и т. д.) и искусстве. Целью организуемой нами конференции является создание возможностей для обмена идеями между «физиками и лириками».
Оргкомитет приглашает к участию в конференции всех специалистов, докторантов, диссертантов и магистрантов, открытых для обсуждения широкого круга вопросов: от этических проблем, связанных с искусственным интеллектом, до киберпреступности. На конференции будут рассмотрены следующие направления:
- Применение искусственного интеллекта в творческом процессе;
- Искусственный интеллект и авторское право;
- Влияние искусственного интеллекта на культуру;
- Последствия применения инструментов искусственного интеллекта на окружающую среду;
- Искусственно генерированные продукты и информационная безопасность в обществе.
Рабочие языки конференции: азербайджанский, русский, турецкий и английский. Зарубежные участники конференции присоединятся к мероприятию через платформу Zoom. Ссылка будет отправлена на адреса электронной почты иностранных участников за несколько дней до мероприятия.
Желающие принять участие в конференции могут направить заявку на участие (заполнив Форму 1) и доклад (оформив его по Форме 2) в электронном виде не позднее 25 марта 2025 года на следующий адрес электронной почты: admiuconference@gmail.com (координаторы: Севиндж Мамедова и Парвана Латифли).
Оргкомитет оставляет за собой право отклонять материалы, не соответствующие требованиям конференции или не соответствующие тематике конференции. Информация о принятии доклада будет направлена автору до 30.03.2025 по адресу, указанному в заявке.
Доклады конференции будут опубликованы в виде материалов конференции.
Оргкомитет
ФОРМА 1. Заявка на участие в конференции
Фамилия, имя, отчество | |
Ученая степень и звание | |
Место работы | |
Позиция | |
Телефон | |
Адрес электронной почты | |
Название доклада |
ФОРМА 2. Правила оформления доклада
Объем: 5-7 страниц, формат А4, кегль 14, шрифт Times New Roman, ширина 2,0 см с каждой стороны, интервал 1,5, абзац 1,25. Текст следует набирать, не переходя со строки на строку.
Ссылки оформляются в следующем форме: в квадратных скобках указываются фамилия и инициалы автора, год издания и страница. Например: [Смит, К., 1995, стр. 43].
Список литературы должен быть составлен в алфавитном порядке и представлен следующим образом.
Для книг: фамилия автора, инициал имени, год издания, название книги, город: издательство. Например: Смит, К. (1995). Искусственный интеллект в пространстве современного искусства. Баку: Издательство Академии наук Азербайджана.
Для периодических изданий и журналов: фамилия автора, инициал имени, год издания, название статьи. Название журнала, номер, страница. Например: Смит, К. (2010). Меры предосторожности. Научные труды АзГУКИ, 16(7), 26.
Для интернет-ресурсов: Автор. (2025). Открытое обращение. URL: http://www.health.govt.nz/your-health/conditions-and-treatments/diseases-and-illnesses/ebolainformation–public (дата обращения: 08.01.2025).
Структура материала:
- Название доклада – обычным шрифтом, полужирным шрифтом, выравнивание по центру;
- Имя, фамилия, отчество автора, ученая степень, ученое звание, место работы (организация), город, страна, номер мобильного телефона, адрес электронной почты – обычным шрифтом, выравнивание по центру;
- Аннотация (100-150 слов): если доклад на одном из рабочих языков, то на двух других языках;
- Ключевые слова (5-7 слов или словосочетаний): на азербайджанском, русском и английском языках, после аннотаций;
- Основной текст (5-7 страниц).
Место и дата проведения научного мероприятия:
AZ1143, город Баку, проспект Гусейна Джавида 129, Академгородок, новое здание Центральной научной библиотеки; 11 апреля 2025 г., 11:00.
ANNOUNCEMENT
“ARTIFICIAL INTELLIGENCE IN THE SPACE OF CONTEMPORARY ART: PROBLEMS AND PROSPECTS”
(Scientific and theoretical conference)
April 11, 2025
Information letter
The Azerbaijan State University of Culture and Arts, together with the Institute of Information Technologies and the Azerbaijan Technical University, are planning to hold an international scientific conference on the topic “Artificial Intelligence in the Space of Contemporary Art: Problems and Prospects”. The conference will be held on April 11, 2025.
In the 21st century, the application of artificial intelligence increases automation in social and economic terms, penetrating the labor market, healthcare, public administration, industry, education, propaganda and disinformation, based on data integration, as well as the introduction of an artificial intelligence system in various sectors of the economy and spheres of life affects decision making. This circumstance raises questions about the long-term impacts, ethical implications and risks of artificial intelligence and leads to discussions about regulatory policies aimed at ensuring safety, as well as the benefits of the technology in question.
Researchers in this field have been able to adapt a wide range of methods, including data collection and processing, statistics, artificial neural networks, formal logic and other approaches. Artificial intelligence is also used in a number of Humanities (linguistics, philosophy, art history, etc.) and Art. The aim of the conference we are organizing is to create opportunities for the exchange of ideas between “physicists and lyricists”.
The organizing committee invites all specialists, doctoral students, dissertators and master’s students who are open to discussing a wide range of issues: from ethical issues related to artificial intelligence to cybercrime, to participate in the conference. The following areas will be discussed at the conference:
- Using artificial intelligence in the creative process;
- Artificial intelligence and copyright;
- The impact of artificial intelligence on culture;
- The consequences of using artificial intelligence tools on the environment;
- Artificially generated products and information security in society.
The working languages of the conference are Azerbaijani, Russian, Turkish and English. Foreign participants of the conference will join the event via the Zoom platform. The link will be sent to the email addresses of foreign participants a few days before the event. Those wishing to participate in the conference may submit an application for participation (by completing Form 1) and a paper (by completing Form 2) electronically no later than March 25, 2025 to the following email address: admiuconference@gmail.com (coordinators: Sevinj Mamedova and Parvana Latifli).
The organizing committee reserves the right to reject materials that do not meet the conference requirements or do not correspond to the conference topic. Information about the acceptance of the paper will be sent to the author by March 30, 2025 to the address specified in the application.
The conference papers will be published.
Organizing Committee
FORM 1. Application for participation in the conference
Surname, name, patronymic | |
Academic degree and title | |
Place of work | |
Position | |
Phone | |
E-mail address | |
Report title |
FORM 2. Rules for the preparation of the report
Volume: 5-7 pages, A4 format, 14 font size, Times New Roman font, 2.0 cm width on each side, 1.5 spacing, 1.25 paragraph. The text should be typed without breaking from line to line.
References are formatted as follows: the author’s last name and initials, year of publication and page are given in square brackets. For example: [Smith, K., 1995, p. 43].
The list of references should be compiled in alphabetical order and presented as follows.
For books: Author’s last name, first name initial, year of publication, book title, city: publisher. For example: Smith, K. (1995). Artificial Intelligence in the Space of Contemporary Art. Baku: Publishing House of the Azerbaijan Academy of Sciences.
For periodicals and journals: author’s last name, first name initial, year of publication, article title. Journal title, issue, page. For example: Smith, K. (2010). Safety Precautions. Scientific works of ASUCA, 16(7), 26.
For Internet resources: Author. (2025). Open appeal. URL: http://www.health.govt.nz/your-health/conditions-and-treatments/diseases-and-illnesses/ebolainformation-public (date of access: 08.01.2025).
Structure of the material:
- Title of the report – in regular font, bold, centered;
- Author’s name, surname, patronymic, academic degree, academic title, place of work (organization), city, country, mobile phone number, email address – in regular font, centered;
- Abstract (100-150 words): if the report is in one of the working languages, then in the other two languages;
- Key words (5-7 words or phrases): in Azerbaijani, Russian and English, after the abstracts;
- Main text (5-7 pages).
Place and date of the scientific event:
AZ1143, Baku, Huseyn Javid Avenue 129, new building of the Central Scientific Library; April 11, 2025, at 11:00 AM.