Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

“Mədəniyyət dünyası” jurnalı ildə 2 dəfə nəşr olunan (yanvar və iyun) elmi jurnaldır. Jurnalda  məqalələr azərbaycan,  rus və ingilis dillərində çap olunur.

Jurnalın əhatə dairəsi: sənətşünaslıq, (muzeyşünaslıq, sosial-mədəni fəaliyyət) teatr sənəti, kino, televiziya və digər ekran sənətləri, təsviri sənət, musiqi sənəti, fəlsəfə, psixologiya ixtisasları.

*Məqalələr jurnalın əhatə dairəsinə uyğun olmalıdır.

Jurnala  təşkilati-hüquqi formasından asılı olmayaraq,  respublikada və xaricdə ali təhsil müəssisələrində və elmi tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar və dissertantlar, doktorantura (dissertantura) təhsilini bitirmiş şəxslər, fəlsəfə doktoru elmi dərəcəsi almış, həmçinin elmi-pedaqoji fəaliyyətlə məşğul olan bütün şəxslər (Azərbaycan Respublikasının vətəndaşları, o cümlədən xarici ölkə vətəndaşları)  məqalə ilə müraciət edə bilər.

*Jurnalın hər nömrəsi üçün hər müəllifdən yalnız 1 məqalə qəbul edilə bilər.

*Jurnala daha öncə heç bir yerdə çap olunmamış orijinal məqalələr göndərilməlidir.

Məqalə formatı:  Məqalələr Microsoft Word redaktorunda Times New Roman şrift  ilə, 12 ölçüdə, 1,5-intervalla,  A4 formatlı ağ vərəqdə tərtib edilməlidir. Paraqraflar arasında əlavə boşluq qoyulmamalıdır. Mətndə vurğulanan hissələr kursivlə yazılmalıdır.  Sitatlar sətirlər arasında və dırnaq içərisində, kursivlə verilməlidir. Abzaslarda sətirbaşları probel və tabulasiyalarla deyil yalnız Word-ün abzas altproqramı ilə yerinə yetirilməlidir. Durğu işarələri qarşısındakı sözlərə bitişik yazılmalıdır. Sözügedən işarələrdən sonra bir hərfdən ibarət boşluq qalmalıdır. Məqalədə səhifə nömrəsi qeyd edilməməlidir.                                          Məqalə nin həcmi: 6 səhifədən az, 20 səhifədən çox olmamalıdır.

Müəllif:  Məqalənin başlanğıcında məqalənin UOT indeksi, müəllifin soyadı, adı, atasının adı, müəllifin ORCİD nömrəsi, işlədiyi müəssisə, vəzifəsi, elmi adı, elmi dərəcəsi və ya fəxri adı, elektron poçt ünvanı, daha sonra, məqalənin adı (bütün hərflər böyük və qalın), məqalə hansı dildə yazılmışsa həmin dildə qısa     xülasəsi (150-250 söz)  və açar sözlər (3-5) verilməlidir.

Qeyd: 1. Məqalənin UOT indeksini bilməyənlər https://risale.az/uploads/Universal-Onluq-Tesnifati-_UOT_.pdf linkinə keçidlə ixtisaslarına uyğun UOT -ları əldə edə bilərlər.

  1. ORCİD kodu olmayan müəlliflər https://orcid.org/ saytında qeydiyyatdan keçməli, birdən çox müəllifi olan məqalələrdə müəlliflərin hər biri ORCİD nömrələrini qeyd etməlidir.

Məqalənin strukturu: Məqalələr Xülasə, Açar sözlər, Giriş, Əsas hissə: nömrələnmiş paraqraflar,  (üsul,  iddianın sübutu) Nəticəİstinad edilmiş ədəbiyyat bölmələrindən ibarət olmalıdır.

   Rus dilində цель исследования, метод исследования, резултаты исследования.

İngilis dilində introduction, Design/method/approach, Findings (Results).

Xülasə:  Məqalə məzmununun qısa, lakin hərtərəfli təsvir edilməsidir. Belə ki, xülasədə məqalənin hər bir mühüm hissəsi (Giriş, Əsas hissə) haqqında yığcam məlumat verməlidir. Xülasə:

  • Məqalənin məqsəd və məzmumunu düzgün əks etdirməli;
  • Məqalədə olmayan məlumatlara yer verilməməli;
  • Təkrara yer verilməməli;
  • Xülasənin ilk cümləsi məqalənin ən vacib məqamını əks etdirməli;
  • Lazımsız, xüsusi məna kəsb etməyən cümlələrə yer verilməməli;
  • İstinadlar istifadə edilməməli;
  • Məqalədən gəlinən nəticə əks olunmamalıdır.

Açar sözlər: oxucunun məqaləmizi daha asan tapması üçün imkan verir.

Giriş: Giriş araşdırılan problemin inkişafı, o cümlədən onun tarixi keçmişi və araşdırmanın məqsədinin ifadəsidir. (Apa style səh 10.) Maksimum 1 səhifədən ibarət olan bu bölmənin əsas məqsədi seçilən mövzu haqqında ilkin məlumat verməkdir.

APA (American Psychological Association) Nəşr Təlimatında (APA Standartları) əsasən GİRİŞ hissəsi belə xarakterizə edilir:

  1. Problemi təqdim edin: Məqalənin konturu tədqiqat mövzusunu təqdim edən və tədqiqat strategiyasını təsvir edən girişlə başlayır.

Giriş yazmadan əvvəl aşağıdakı sualları nəzərdən keçirin:

-Problemin həlli niyə vacibdir? (niyə aktualdır?)

-Tədqiqat bu sahədə əvvəlki işlərlə necə əlaqələndirilir?

-Əgər tədqiqatın digər aspektləri daha əvvəl təqdim olunubsa, bu hesabat digərlərindən nə ilə fərqlənir və hansı fərqlərə əsaslanır?

-Tədqiqatın əsas və ikinci dərəcəli fərziyyələri və məqsədləri hansılardır?

-Əgər varsa, onların nəzəriyyə ilə hansı əlaqələri var?

-Hipotezlər və tədqiqat dizaynı bir-biri ilə necə əlaqəlidir?

-Tədqiqatın nəzəri və praktiki nəticələri hansılardır?

Yaxşı bir giriş bu suallara cavab verir və müvafiq arqumentləri və məlumatları ümumiləşdirir, oxucuya nə edildiyini və niyə edildiyini başa düşməyə imkan verir.

  1. Problemin əhəmiyyətini kəşf edin: Problemin niyə araşdırıldığını bildirin.

– Əgər nəzəri bir araşdırmadırsa: Nəzəri araşdırmaya çıxışın genişləndirilməsinə və/yaxud keçmiş tədqiqatlarda əldə edilmiş nəticələrdəki uyğunsuzluqların aradan qaldırılmasına ehtiyac ola bilər.

– Tətbiqi tədqiqatdırsa: sosial problemin həlli ehtiyacını ehtiva edə bilər.

– Tədqiqat mübahisəli məsələləri həll etmək məqsədi daşıdıqda, girişdə müzakirənin bütün aspektləri ölçülüb-biçilmiş şəkildə təqdim edilməlidir.

– Bildirilən məzmunun nə üçün vacib olduğunu və məqalənin sahənin artan anlayışına necə uyğun gəldiyini aydın şəkildə ifadə edin.

  1. Əlaqədar araşdırmaları qeyd edin: Ədəbiyyatda araşdırmalardan bəhs etsəniz belə, ətraflı və uzun bir tarix təqdim etməyin.

– Əvvəlki əsərlərə istinad həm uyğun tarix verəcək, həm də başqalarının işinə verilən önəmi nümayiş etdirəcək. Bu həm də maarifpərvər yazıçının elmi məsuliyyətidir və biliklə böyüyən elmin inkişafı üçün zəruridir.

– Girişdə birbaşa mövzu ilə bağlı olmayan ümumi tədqiqatlara istinad edilməməlidir.

– Vacib olmayan detallardan çəkinin. Bunun əvəzinə müvafiq tapıntılar, metodoloji problemlər və əsas nəticələr haqqında danışın

  1. Bu fərziyyə ilə uyğun gələn fərziyyəni və tədqiqat dizaynını qeyd edin: Problemi təqdim etdikdən və əvvəlki tədqiqatlara toxunduqdan sonra problemin həlli üçün hansı yanaşmanı seçdiyinizi izah etməlisiniz.

– Empirik tədqiqatlarda siz tez-tez fərziyyənizi və ya əsas sualınızı ifadə etməklə və ya onların nəzəriyyədən necə yarandığını və ya əvvəlki məlumat və müzakirələrlə məntiqi əlaqəni izah etməklə buna nail ola bilərsiniz.

– Hər bir fərziyyə və ya sual üçün məntiqinizi aydın şəkildə ifadə edin.

– Əgər fərziyyə və suallarınızdan bəziləri digərlərindən əvvəl gəlirsə, birinci gələnləri qeyd edin və tədqiqat dizaynınızın hipotezinizi necə dəstəklədiyini izah edin. (APA Publication Manual 2015.s.51-53)

Əsas hissə: Məsələnin qoyuluşu, məsələnin həlli kimi bir sıra məsələləri özündə əks etdirməlidir. Bir neçə alt başlıqdan ibarət ola bilər. Bu alt bölmələrə tədqiqatı başa düşmək və təkrarlamaq üçün vacib olan məlumatlar daxil edilir. Qeyri-kafi təfərrüat oxucunu suallarla tərk edir; Həddindən artıq təfərrüat oxucunu əhəmiyyətsiz məlumatlarla yükləyir. (Apa style səh 29.) Məqalənin təməl hissəsində əks olunan bütün məlumatlar adekvat və müəyyən ardıcıllıqla verilməlidir. Üsul və İddianın sübutu əsas hissədə yer almalıdır. Üsul araşdırmanın aparılması üçün istifadə olunan prosedurların təsviridir.

Nəticə:    

Məqalənin sonunda elm sahəsinin və   məqalənin xarakterinə uyğun olaraq işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və sair aydın şəkildə verilməlidir. Nəticə:

  • Aydın və sadə olmalıdır;
  • Məqalə üzrə aparılmış təhlil ümumiləşdirilməli;
  • yeniliklər təfərrüatlı şəkildə ortaya qoyulmamalı;
  • yalnız gözlənilən nəticələr deyil, eyni zamanda gözləntilərə zidd olanlar da əks olunmalı;
  • mövzu ilə bağlı gələcək tədqiqatlar təklif edə bilər

Aşağıdakı məsələləri də nəzərdən keçirə bilərsiniz:

Nəticələrin nəzəri, klinik və ya praktiki əhəmiyyəti nədir və bu şərhlər üçün əsas nədir? Bu araşdırma əsasında müraciətlərə zəmanət verilirmi?  Bu tapıntılara görə hansı problemlər həll olunmamış qalır və ya yeni problemlər yaranır? (Apa style səh 36.)

Şəkil, cədvəl, fotoşəkillər. Maksimum 10 şəkil istifadə olunmasına icazə verilir. Şəkillər, cədvəllər və fotoşəkillər yazı sahəsindən kənara çıxmamalı və zəruri hallarda hər biri ayrıca səhifədə olmalıdır.

  • Şəkillər və cədvəllər nömrələnməli və məzmununa uyğun olaraq adlandırılmalıdır.
  • Məqalədə yer alan bütün rəqəmlərə mətndə istinad edilməlidir.
  • İstifadə olunan bütün foto, şəkil və notlar məqalənin mövzusu ilə birbaşa əlaqəli olmalı, əlaqəli olduğu mətn ilə mütənasib olmasına diqqət yetirilməldir.
  • Göndəriləcək hər bir vizual material ən azı 300 dpi (rəngsiz 600 dpi) təsvir ölçüsündə jpeg formatında olmalıdır (zəif təsvir keyfiyyəti olan şəkillər istifadə olunmayacaq).
  • Şəkil (cədvəl, fotoşəkil) istifadə olunduğu qaynaq qeyd edilməlidir.

Musiqi notları.

Əlyazma yox, Siberius, “MusScore” və “Finale” proqramlarından biri ilə yığılmış notlardan istifadə olunmalıdır.