Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Elmi nəşrin etik prinsipləri elmi biliklərin bütövlüyünü təmin etmək və başqalarının əqli mülkiyyət hüquqlarını qorumaq üçün nəzərdə tutulmuşdur. (APA, 2010)

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəniyyət dünyası elmi-nəzəri məcmuəsi nəşr etikasında yüksək standartlarla idarə olunur. O, iş prinsipində Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanununu rəhbər tutulur.

Jurnal üçün təqdim olunan bütün tədqiqatların aşağıda qeyd olunan standartlara uyğunluğu  Jurnalın Redaksiya heyəti tərəfindən qiymətləndirilir. Yalnız etik prinsiplərə riayət edən müəlliflərin məqalələri növbəti mərhələdə qiymətləndirilmək üçün sahələr üzrə komissiyaya göndərilir.

Buna əsasən Mədəniyyət dünyası jurnalına məqalə göndərən müəlliflər aşağıdakı qaydalara diqqət yetirməlidirlər:

  • Jurnala daha öncə heç bir jurnalda (ölkə daxili və xarici jurnal) dərc edilməmiş, orijinal məqələlər göndərilməlidir.
  • Jurnala göndərilən məqalə eyni anda qiymətləndirilmək üçün başqa bir jurnala göndərilə bilməz
  • Müəllif hər hansısa bir səbəbdən məqalə çapından imtina edirsə qiymətləndirilmə prosesi başlamadan öncə imtina hüququna malikdir və bu barədə jurnalın elektron poçt ünvanına mütləq məlumat verməlidir
  • Ekspert tərəfindən dəyərləndirilən və artıq çap mərhələsində olan məqalələr üçün imtina qəbul olunmur
  • Lazım gəldikdə jurnalın redaksiyası məqalənin nəşri üçün əlavə sənədlər tələb edə bilər
  • Qiymətləndirmə prosesi başqadıqdan sonra müəllif, məqaləyə əlavə məlumat, müəllif və s. əlavələr edilməsi kimi müdaxilələr edə bilməz
  • Müəllif jurnala məqalə göndərdiyi andan etibarən Plagiat, saxtakarlıq, təhrif, təkrar nəşr, ədalətsiz müəlliflik və digər etik pozuntular üçün birbaşa məsuliyyət daşıyır.

Qeyd:

  • Qəbul edilmiş etik standartlara uyğun gəlməyən, akademik meyarlara cavab verməyən bütün məqalələr pozuntu aşkar edildiyi andan etibarən prosesdən kənarlaşdırılır, nəşrdən çıxarılır və müəllifə bu barədə məlumat verilir.
  • Jurnala məqalə göndərmiş bütün müəlliflər yuxarıda qeyd olunan şərtləri qəbul etmiş hesab olunur.
  • Yuxarıda sadalanan məslələlərlə əlaqədar, nəşr prosesində yarana biləcək hər hansı problemə görə məsuliyyət müəllifə məxsusdur.

*Yazı və nəşr prosesində bütün maraqlı tərəflərin etik prinsiplərlə bağlı qaydalara riayət etməsi vacib hesab edilir.

Bu istiqamətdə Mədəniyyət dünyası jurnalının Redaksiya heyətinin məsuliyyəti aşağıdakı kimidir:

  • Mütəmadi olaraq, məqalə qəbulu prosesinin aparılması və bu istiqamətdə jurnalın rəsmi saytı olan https://medeniyyetdunyasi.az/ saytında mütəmadi elanlar yerləşdirir
  • Müəlliflərin jurnalda məqalə nəşri istiqamətində ünvanlandığı bütün suallara və müraciətlərə yerində, obyektiv, qərəzsiz informasiyanın çatdırılması
  • Təqdim olunan məqalələrin əvvəlcə forma baxımından yoxlanılması nəşr və yazı prinsiplərinə uyğun gəlməyən məqalələrin məzmunu nəzərdən keçirilmədən lazımi düzəlişlər edilməsi üçün operavit şəkildə müəllifə qaytarılmasını təşkil etmək
  • Qiymətləndirilmə prosesində məqalənin sahələr üzrə ekspert komissiyalarına zamanında çatdırılmasına şərait yaratmaq
  • Sahələr üzrə ekspert komissiyalarının rəylərini müəllifə dəqiq, rəyçinin kimliyini müəllifə bildirmədən elektron poçt vasitəsilə çatdırılmasına şərait yaratmaq,
  • lazım gəldikdə müəllifin rəy haqqında təfərrüatlı məlumat tələbini rəyçiyə bildirmək
  • Tədqiqatçıların, oxucuların və s.nin rəy, təklif və iradlarını nəzərə almaq
  • Sahələr üzrə redaksiya komissiyalarının üzvlərinə müəlliflər haqqında məlumat verməmək
  • Sahələr üzrə redaksiya komissiyalarını məqalələri qərəzsiz, elmi və obyektiv bir dildə qiymətləndirməyə təşviq edir
  • Sahələr üzrə redaksiya komissiyalarının üzvlərindən cavablar gecikdirildikdə bu barədə onlara məlumat verilir və operativlik tələbi irəli sürülür
  • Məqalənin qəbul edilib edilməməsi ilə bağlı yekun qərarları, müəlliflərə ifadəli və aydın bir şəkildə elektron poçt vasitəsi ilə çatdırmaq

Bu istiqamətdə Mədəniyyət dünyası jurnalının Sahələr üzrə ekspert komissiyalarının  məsuliyyəti aşağıdakı kimidir:

– Qiymətləndirdikləri məqalədən yalnız dərc edildikdən sonra və yalnız elmi məqsədlər üçün istifadə edə bilərlər

– Nəzərdən keçirdikləri məqalədə elmi və etik prinsipləri pozan hal aşkar etdikdə redaktora məlumat verirlər.

– Məqalələrə təqdim edilən rəylərin anlaşıqlı və aydın olmasına diqqət yetirirlər

– Göndərilən məqalə onların ixtisaslarına uyğun deyilsə bu barədə operativ şəkildə redaksiya heyətinə məlumat verirlər

Bu istiqamətdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin jurnalla məşğul olan müvafiq qurumunun  məsuliyyəti aşağıdakı kimidir:

  • Dərc olunmuş jurnalların elektron və çap versiyalarının arxivdə saxlanılmasını təmin edir
  • Jurnalın hər nömrəsinin müvafiq qurumlara göndərilməsini təmin edir
  • Məqalə redaksiyaya daxil olan kimi plagiat olub olmaması haqqında yoxlama aparır və arayışla təmin edir
  • Məqalələrin hər birinin crossrefdə yerlənməsini və doi verilməsini təmin edir
  • Jurnalların hər birinin internetə çıxışını (jurnalın rəsmi saytında) təmin edir