Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti




           

”Mədəniyyət dünyası” adlı elmi-nəzəri məcmuə 1996-cı ildə təsis olunub. Bu illər ərzində jurnalda kulturologiya (hal-hazırda yoxdur), sənətşünaslıq, muzeyşünaslıq, teatr sənəti, kino, televiziya və digər ekran sənətləri, təsviri sənət, musiqi sənəti, fəlsəfə, psixologiya və onların tədrisi metodikası sahəsində respublikamızda və onun hüdudlarından kənarda aparılan elmi tədqiqatlara həsr olunmuş elmi məqalələr dərc olunmuşdur. 2011-ci ildən etibarən isə jurnal beynəlxalq standart seriya (İSSN) ilə nəşr olunur. Jurnal ildə iki dəfə işıq üzü görür.

“Mədəniyyət dünyası” elmi-nəzəri məcmuəsi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət heyətinin 30 aprel 2010-cu il tarixli iclasında “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər”in siyahısına daxil edilmişdir. Jurnal 25.12.2019 – cu il tarixində N 4279 saylı əmrlə Ədliyyə Nazirliyində yenidən qeydə alınmışdır.

  • ci ildən etibarən «Mədəniyyət dünyası» elmi-nəzəri məcmuəsi rəqəmsal axtarış sistemi “Crossref”də qeydiyyatdan keçərək 10.52094 nömrəli DOI (Dijital Object İdentifier) alıb.

2022-ci ildə daha bir yenilik məcmuənin (academia.edu) dünya alimlərinin əməkdaşlıq etdiyi sosial şəbəkədə yerləşdirilməsi olmuşdur.